Zelenski: “İşğalçılar mədəniyyəti, təhsili və insanlığı düşmən kimi müəyyənləşdirib”

Zelenski: “İşğalçılar mədəniyyəti, təhsili və insanlığı düşmən kimi müəyyənləşdirib” Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Silahlı Qüvvələrinin Xarkov vilayətinin Lozovaya şəhərinə endirdiyi raket zərbəsini şərh edib.
Digər ölkələr
20 May , 2022 22:36
Zelenski: “İşğalçılar mədəniyyəti, təhsili və insanlığı düşmən kimi müəyyənləşdirib”

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Silahlı Qüvvələrinin Xarkov vilayətinin Lozovaya şəhərinə endirdiyi raket zərbəsini şərh edib.

“Report” UNİAN-a istinadən xəbər verir ki, bu barədə dövlət başçısının teleqram kanalında məlumat verilib.

“Xarkov vilayəti. Lozovaya şəhəri. Yenicə bərpa edilmiş Mədəniyyət Evinə Rusiyanın raket zərbəsi. 7 nəfər xəsarət alıb, içlərində 11 yaşlı uşaq da var. İşğalçılar mədəniyyəti, təhsili və insanlığı düşmən kimi müəyyənləşdiriblər və onları vurmaq üçün nə raketlərinə, nə də bombalarına heyfləri gəlir. Belə hədəfləri seçən insanların başında görəsən nə var? Mütləq pislik, mütləq axmaqlıq”, - Ukrayna dövlət başçısı bildirib.

Qeyd edək ki, bu gün Rusiya hərbçiləri Xarkov vilayətinin Lozovaya şəhərinin mərkəzinə raket zərbələri endirib, nəticədə 7 nəfər yaralanıb.

Zərbə anı videoya düşüb. Yayımlanan kadrlarda raketin yerli Mədəniyyət Evinə necə düşdüyü əks olunub. Partlayış binanı dağıdıb.

Son xəbərlər

Orphus sistemi