Yuxarı

​Yunanıstanın əmək naziri: "Növbədənkənar seçkini istisna etmirəm"

Panayotis Lafanznisdir: Avro və yeni müstəmləkəçiliyi keçmişdə saxlasaq, o zaman gələcəyimiz olacaq

Bakı. 13 iyul. REPORT.AZ/ "İndiki halda vəziyyəti sabitləşdirmək lazımdır. Hökumət parlamentdə çoxluğu itirərsə, mən hesab etmirəm ki, növbədənkənar seçkiyə getməyəcəyik".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Yunanıstanın əmək naziri Panos Skurletis bildirib.

O, növbədənkənar parlament seçkilərinin keçiriləcəyini istisna etməyib.

"Hökumətin kreditorlarla razılaşmanı imzalamasına etiraz edən hakim "SİRİZA" koalisiyasının deputatları istefa verərsə, o zaman növbədənkənar seçkinin keçirilməsi məntiqidir", - deyə nazir vurğulayıb.

Qeyd edək ki, "SİRİZA"-nın iki deputatı parlamentdə səsvermə zamanı kreditorlarla razılaşma haqda qərarın əleyhinə səs verib. Onların 8-i tərəfsiz qalıb, 7-si isə səsvermədə iştirak etməyib. Tərəfsiz qalanlardan biri də energetika naziri Panayotis Lafanznisdir. "Əgər avro və yeni müstəmləkəçiliyi hamımız birlikdə keçmişdə saxlasaq, o zaman gələcəyimiz olacaq", - energetika naziri bildirib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi