Yuxarı

Yunanıstanın Braziliyadakı səfirinin qətlində həyat yoldaşı şübhəli bilinir

Səfirin həyat yoldaşı cinayət işində polis əməkdaşı ilə əlbir olub

Bakı. 30 dekabr. REPORT.AZ/ Rio-de-Janeyro təhqiqatçıları Yunanıstanın Braziliyadakı səfirinin onun həyat yoldaşı və qadının romantik münasibətdə olduğu polis əməkdaşının göstərişi ilə qətlə yetirildiyini güman edirlər.

"Report" xəbər verir ki, bu barədə polisdəki mənbəyə istinadən "Globo TV" məlumat yayıb.

Yunanıstanın 59 yaşlı səfiri Kiriakos Amiridis dekabrın 26-da itkin düşüb, onun həyat yoldaşı Fransuaza isə polisə dekabrın 28-də bu barədə məlumat verib.

Hüquq-mühafizə orqanları hesab edirlər ki, səfirin arvadı və polis əməkdaşı Serxio Moreyra qətli diplomatın Rionun şimalında kasıb məhəllədə qaldığı evdə təşkil edib və ya ola bilsin ki, həyata keçiriblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi