​Yunanıstanda növbədənkənar seçkilərin tarixi məlum olub

​Yunanıstanda növbədənkənar seçkilərin tarixi məlum olub Bu gün ölkədə yeni Nazirlər Kabineti formalaşdırılacağı və andiçmə mərasiminin keçiriləcəyi gözlənilir
Digər ölkələr
28 Avqust , 2015 13:37
​Yunanıstanda növbədənkənar seçkilərin tarixi məlum olub

Bakı. 28 avqust. REPORT.AZ/ Yunanıstanda növbədənkənar parlament seçkiləri bu il sentyabrın 20-də keçiriləcək.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Yunanıstan Prezidenti Administrasiyasından bildirilib.

Məlumata görə, avqustun 28-də ölkədə yeni Nazirlər Kabineti formalaşdırılacağı və andiçmə mərasiminin keçiriləcəyi, növbədənkənar seçkinin tarixinin rəsmi şəkildə açıqlanacağı gözlənilir.

Xatırladaq ki, baş nazir vəzifəsini Vasiliki Tanu-Xrestofilu icra edəcək. O, ölkə tarixində ilk dəfə qadın baş nazirdir. Vasiliki Tanu-Xrestofilu Yunanıstan Ali Məhkəməsinin sədridir. Ona ölkənin müvəqqəti hökumətini qurmaq tapşırılıb.

Yunanıstanın keçmiş baş naziri Aleksis Tsipras avqustun 20-də özünün və başçılıq etdiyi hökumətin istefa verdiyini elan edib. 

Son xəbərlər

Orphus sistemi