Yunanıstanda koronavirusa yoluxanların sayı 3 mini ötdü

Digər ölkələr
  • 11 iyun, 2020
  • 18:43
Yunanıstanda koronavirusa yoluxanların sayı 3 mini ötdü

Yunanıstanda son sutka ərzində 20 nəfər yeni növ koronavirusa yoluxub. Bununla da ölkədə ümumi yoluxma hallarının sayı 3 088-ə çatıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, son sutkada virusdan dünyasını dəyişən olmayıb. Ümumilikdə COVID-19 183 nəfərin ölümünə səbəb olub.

Eyni zamanda, 155 nəfər infeksiyadan sağalaraq evə buraxılıb.

44 - Tezliklə