Yunanıstan parlamentinin deputatları buna qədər Dövlət Şurasının sədri vəzifəsini icra edən Yekaterina Sakellaropulunu ölkə prezidenti seçib.
Bu barədə “Report” “Katimerini” nəşrinə istinadən xəbər verir.
300 deputatdan 261-i 63 yaşlı Y.Sakellaropulunun lehinə səs verib.
Bununla da Y.Sakellaropulu Yunanıstanın ilk qadın prezidenti olub. O, vəzifəsinin icrasına martın 13-də başlayacaq.