​Yunanıstanda 71 min dövlət müəssisəsi satışa çıxarılıb

​Yunanıstanda 71 min dövlət müəssisəsi satışa çıxarılıb Onların arasında hava və dəniz limanları, otellər, adalar, idman kompleksləri və s. var
Digər ölkələr
3 İyun , 2016 16:29
​Yunanıstanda 71 min dövlət müəssisəsi satışa çıxarılıb

Bakı. 3 iyun. REPORT.AZ/ Yunanıstan hökuməti 71 min dövlət müəssisəsini satışa çıxarıb.

"Report" İsrail KİV-inə istinadən xəbər verir ki, rəsmi Afina mövcud iqtisadi böhranı dəf etmək məqəsdilə satışa çıxarılacaq dövlət müəssisələrinin kataloqunu hazırlayır.

Onların arasında hava və dəniz limanları, otellər, adalar, idman kompleksləri və s. var.

Özəlləşdirmədən gələn vəsait xüsusi fonda daxil ediləcək. Obyektlərin çoxu uzun müddətə - 99 illiyinə icarəyə veriləcək. Fond 2018-ci ilədək bu özəlləşdirmə əməliyyatından 6 mlyard avro, sonrakı illərdə isə daha bir neçə milyard dollar maliyyə vəsaitinin əldə ediləcəyini planlaşdırır.

Hazırda hökumət Pireus dəniz limanı, Afinanın əsas hava limanı və regionlardakı 14 müxətlif hava limanını satışa çıxarıb. 

Son xəbərlər

Orphus sistemi