Yunanıstan Ukraynanı PDM ilə təchiz etməyə başlayıb
Digər ölkələr
- 19 oktyabr, 2022
- 15:37
“Yunanıstan Ukraynaya piyadaların döyüş maşınları verməyə başlayıb”.
“Report” xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba yunanıstanlı həmkarı Nikos Dendias ilə danışıqların yekunlarına dair mətbuat konfransında deyib.
“Gizlətməyəcəyəm, torpaqlarımızı müdafiə edə bilməyimiz üçün Yunanıstanın Ukraynaya verdiyi silahları xüsusilə yüksək qiymətləndiririk. Yunanıstandan Ukraynaya çoxdan gözlənilən “BMP-1” zirehli piyada maşınlarının göndərilməsinə başlanması çox vacibdir. Onlar tezliklə ordumuzun arsenalına qəbul ediləcək, ölkəmizin döyüş və müdafiə qabiliyyətini dərhal gücləndirəcək”, - o bildirib.
XİN başçısı əlavə edib ki, Yunanıstan Ukraynanın hava hücumundan müdafiə vasitələrinin tədarükü ilə bağlı müraciətinə də baxır.
Son xəbərlər
11:09
Foto
Bakıda "Media və dekolonizasiya" konfransının ilk sessiyası keçirilib
Xarici siyasət11:03
İlham Əliyev Monqolustan Prezidentini təbrik edib
Xarici siyasət11:01
Foto
Prezident Laçında Hoçaz çayının üzərindəki su elektrik stansiyalarının açılışında iştirak edib
Daxili siyasət10:59
Ermənistanın baş prokuroru Saqatelyan və Karapetyanın toxunulmazlığının ləğvini tələb edəcək
Region10:51
"Aqrar İnnovasiya və Təchizat Şirkəti"nin balans kapitalı 38 %-dək azalıb
Maliyyə10:48
FHN: Çimərlik kimi nəzərdə tutulmamış ərazilərdə çimmək qadağandır
Daxili siyasət10:44
Foto
İlham Əliyev Laçında "Həkəriçay" su anbarının təməlini qoyub
Daxili siyasət10:31
Foto
Zakir Həsənov Ərdoğanla birlikdə kursantların buraxılış mərasimində iştirak edib
Hərbi10:29