Yunanıstan polisi nümayişçilərə qarşı gözyaşardıcı qaz tətbiq edib

Yunanıstan polisi nümayişçilərə qarşı gözyaşardıcı qaz tətbiq edib İğtişaşlarda 300-ə yaxın anarxiyaçı iştirak edib
Digər ölkələr
16 Yanvar , 2018 08:21
Yunanıstan polisi nümayişçilərə qarşı gözyaşardıcı qaz tətbiq edib

Bakı. 16 yanvar. REPORT.AZ/ Yunanıstanın hüquq-mühafizə orqanları Afinanın mərkəzində yerləşən ölkə parlamenti yanında etiraz aksiyası keçirən nümayişçilərə qarşı gözyaşardıcı qaz tətbiq ediblər.

“Report” xəbər verir ki, bu barədə Afinanın AMNA xəbər agentliyi məlumat yayıb.

Bildirilir ki, iğtişaşlarda rəsmi bəyan olunmuş nümayişçilərə adiyyəti olmayan 300-ə yaxın anarxiyaçı iştirak edib. Əraziyə toplaşanlar polisə daş, mərmər parçası və "Molotov" kokteyli atmağa başlayıblar. Polis nümayişçilərin bu hərəkətinə qarşılıq olaraq gözyaşardıcı qaz və səs qumbarası tətbiq edib.

Son xəbərlər

Orphus sistemi