Yens Stoltenberq Ukraynada səfərdədir

Digər ölkələr
  • 29 aprel, 2024
  • 12:06
Yens Stoltenberq Ukraynada səfərdədir

NATO-nun Baş katibi Yens Stoltenberq Kiyevə səfər edib.

"Report" xəbər verir ki, bu barədə Alyansdan bildirilib.

Y.Stoltenberq səfərin məqsədini açıqlamasa da, bununla bağlı “X” hesabında belə bir paylaşım edib: "Ukrayna cəbhəsində vəziyyət çətindir. Lakin Ukraynanın qalib gəlməsi hələ ki gec deyil. Daha çox dəstək yoldadır”.

Y.Stoltenberq Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb, hazırda tərəflər birgə mətbuata bəyanatlarla çıxış edirlər.