Yeni Zelandiyanın Baş naziri koronavirusa yoluxub

Yeni Zelandiyanın Baş naziri koronavirusa yoluxub Yeni Zelandiyanın Baş naziri Casinda Ardernin koronavirus testi müsbət çıxıb.
Digər ölkələr
14 May , 2022 03:27
Yeni Zelandiyanın Baş naziri koronavirusa yoluxub

Yeni Zelandiyanın Baş naziri Casinda Ardernin koronavirus testi müsbət çıxıb.

"Report" xəbər verir ki, o, bu barədə instaqram səhifəsində məlumat yayıb.

"Bütün səylərimə baxmayaraq, təəssüf ki, ailəmin qalan hissəsinə qoşuldum və COVID-19 üçün müsbət test aldım", - o yazıb.

Əvvəllər koronavirus onun qızı və ortağında aşkarlanıb. Bununla əlaqədar olaraq Ardern mayın 8-dən təcrid vəziyyətindədir.

Yeni Zelandiya hökumətinin məlumatına görə, xəstəliyin əlamətlərini Arderndə mayın 13-ü axşam saatlarında ortaya çıxıb.

Son xəbərlər

Orphus sistemi