Yeni Zelandiyanın baş naziri ABŞ-ın yeni seçilən prezidentinin telefon zənginə cavab verməyib

Yeni Zelandiyanın baş naziri ABŞ-ın yeni seçilən prezidentinin telefon zənginə cavab verməyib Trampın baş nazirə növbəti telefon zəngini noyabrın 16-da edəcəyi gözlənilir.
Digər ölkələr
15 Noyabr , 2016 08:42
Yeni Zelandiyanın baş naziri ABŞ-ın yeni seçilən prezidentinin telefon zənginə cavab verməyib

Bakı. 15 noyabr. REPORT.AZ/ Yeni Zelandiyanın baş naziri Con Key ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın telefon zənginə cavab verməyib.

"Report" "İnterfax"a istinadən xəbər verir ki, bu haqda noyabrın 15-də yerli "NZ Herald" qəzeti məlumat yayıb.

"Mən zəng edildiyini görməmişəm", - deyə baş nazir bildirib.

İnformasiyaya əsasən, Trampın baş nazirə növbəti telefon zəngini noyabrın 16-da edəcəyi gözlənilir.

Qeyd edək ki, noyabrın 13-də Yeni Zelandiyada 7,9 bal gücündə zəlzələ olub. Təbii fəlakət nəticəsində 2 nəfər ölüb, 1,5 milyard dollar məbləğində iqtisadi ziyan dəyib. 

Son xəbərlər

Orphus sistemi