Yuxarı

Yeni Zelandiyada ölkənin yeni bayrağının dizayn seçilib - FOTO

Referendumda seçicilərin 48,7 faizi iştirak edib

Bakı. 15 dekabr. REPORT.AZ/ Yeni Zelandiyada ölkənin yeni bayrağının dizaynının müəyyənləşdirilməsi üzrə ilk referendumun nəticələri bəlli olub. "Report" Yeni Zelandiya KİV-inə istinadən xəbər verir ki, "Silver Fern" ("Gümüşü ayıdöşəyi") adlı variant ən çox - 1,5 milyon səs toplayıb.

Bayrağın yeni formasında ayıdöşəyinin ağ yarpağı bayrağı iki hissəyə bölür: göy və qara. Bayrağın sağ tərəfində 4 qırmızı ulduz var.

Referendumda seçicilərin 48,7 faizi iştirak edib.

2016-cı il martın 3-24-ü aralığında keçiriləcək ikinci referendumda yeni zelandiyalılar köhnə bayrağı "Silver Fern"lə dəyişib-dəyişməməyi müəyyənləşdirəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi