Bakı. 17 may. REPORT.AZ/ Cümə axşamı Sakit okeanın Yeni Zelandiyanın Kermadek arxipelaqı sahillərində 5,8 maqnituda gücündə zəlzələ baş verib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilir ki, yeraltı təkanların episentri paytaxt Vellinqtonun 945 km şimal-şərqinə düşüb. Zəlzələnin ocağı 10 km dərinlikdə olub.
Dağıntı və tələfat barədə məlumat yoxdur. Həmçinin sunami təhlükəsi yoxdur.