Yəmənin paytaxtında aviazərbələr nəticəsində hava limanı sıradan çıxıb

Yəmənin paytaxtında aviazərbələr nəticəsində hava limanı sıradan çıxıb Koalisiya Sana hava limanına və bir sıra hərbi obyektlərə aviazərbələr endirib
Digər ölkələr
29 Mart , 2015 13:26
Yəmənin paytaxtında aviazərbələr nəticəsində hava limanı sıradan çıxıb

Bakı. 29 mart. REPORT.AZ/ Yəmənin paytaxtı Sanada koalisiyanın endirdiyi aviazərbələr nəticəsində hava limanı sıradan çıxıb. Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir. 

Səudiyyə Ərəbistanı və Fars körfəzinin digər ölkələrinin də iştirak etdiyi beynəlxalq koalisiya 25-dən 26-na keçən gecə Yəməndə ölkə ərazisinin böyük hissəsinə nəzarət edən üsyançılara qarşı hərbi əməliyyatlara başlayıb. Koalisiya Sana hava limanına və bir sıra hərbi obyektlərə aviazərbələr endirib.

Son xəbərlər

Orphus sistemi