Yuxarı

​Yəmənin müvəqqəti paytaxtının adı açıqlanıb

Abdrabbo Mənsur Hadinin bu il mayın əvvəlində həmin şəhərə gedəcəyi gözlənilir

Bakı. 28 aprel. REPORT.AZ/ Yəmən prezidenti Abdrabbo Mənsur Hadi ölkənin şərqində yerləşən Xadramaut əyalətinin Sayvun şəhərini müvəqqəti paytaxt elan etmək niyyətindədir.

"Report" xəbər verir ki, bu haqda "TASS" məlumat yayıb.

Xəbərə görə, A.M.Hadi mayın əvvəlində Yəmənə qayıdaraq Sayvunu ölkənin müvəqqəti paytaxtı elan edəcək.

Məlumatda bildirilib ki, Sayvun son zamanlar "əl-Qaidə" şəbəkəsinin "Ərəb yarımadasındakı "əl-Qaidə"" qolunun orada yerləşməsi ilə tanınır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi