Yəməndə terror aktı nəticəsində ölən hərbçilərin sayı 42 nəfərə çatıb - YENİLƏNİB

Yəməndə terror aktı nəticəsində ölən hərbçilərin sayı 42 nəfərə çatıb - YENİLƏNİB Hadisə zamanı, həmçinin onlarla insanın yaralandığı bildirilir
Digər ölkələr
18 Dekabr , 2016 13:42
Yəməndə terror aktı nəticəsində ölən hərbçilərin sayı 42 nəfərə çatıb - YENİLƏNİB

Bakı. 18 dekabr. REPORT.AZ/ Yəmənin Ədən şəhərində baş verən partlayış nəticəsində ölən hərbçilərin sayı 42 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə ölkənin təhlükəsizlik xidmətindəki mənbəyə istinadən RİA "Novosti" məlumat yayıb.

Hadisə zamanı, həmçinin onlarla insanın yaralandığı bildirilir.

***10:17

Yəmənin Ədən şəhərində kamikadzenin özünü partlatması nəticəsində məvacib üçün növbəyə duran xüsusi qoşun hissələrinin 30 hərbçisi həlak olub.

"Report" xəbər verir ki, bu barədə "Sky News Arabia" peyk telekanalı məlumat yayıb.

Bildirilir ki, partlayış Əl-Arişdəki hərbi baza yaxınlığında baş verib.

Son xəbərlər

Orphus sistemi