Yəmənli nazir təyyarə reysinə gecikib və sağ qalıb

Yəmənli nazir təyyarə reysinə gecikib və sağ qalıb Efiopiyada qəzaya uğrayan təyyarəyə bilet alan sərnişinlər arasında Yəmənin su ehtiyatları və ətraf mühit naziri Nabil Abdullah da olub.
Digər ölkələr
11 Mart , 2019 13:57
Yəmənli nazir təyyarə reysinə gecikib və sağ qalıb
0 : 00
0 : 00

Efiopiyada qəzaya uğrayan təyyarəyə bilet alan sərnişinlər arasında Yəmənin su ehtiyatları və ətraf mühit naziri Nabil Abdullah da olub.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Yəmənin su ehtiyatları və ətraf mühit nazirinin müavini Əmmar əl-Aulaki “Facebook” səhifəsində yazıb. 

Amma nazir təyyarəyə gecikib. Nəticədə o, sağ qalıb.

Qeyd edək ki, martın 10-da Efiopiyada "Ethiopian Airlines" aviaşirkətinə məxsus "Boeing 737" tipli sərnişin təyyarəsi qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 149 sərnişin və 8 heyət üzvü olub. Sərnişinlər arasında BMT-nin 19 əməkdaşı, habelə 35 müxtəlif ölkənin vətəndaşları olub. Qəza zamanı sərnişin və heyət üzvlərindən heç kim sağ qalmayıbQəzanın səbəbləri hələlik məlum deyil.

Xatırladaq ki, Yunanıstan vətəndaşı Antonios Mavropulos da Əddis-Əbəbədən Nayrobiyə uçarkən qəzaya uğramış təyyarəyə iki dəqiqə gecikdiyinə görə sağ qalıb.

Son xəbərlər

Orphus sistemi