Efiopiyada sərnişin təyyarəyə iki dəqiqə gecikməsi səbəbindən ölümdən xilas olub - VİDEO

Efiopiyada sərnişin təyyarəyə iki dəqiqə gecikməsi səbəbindən ölümdən xilas olub - VİDEO Bakı. 11 mart. REPORT.AZ/ Yunanıstan vətəndaşı Antonios Mavropulos Əddis-Əbebedən Nayrobiyə uçarkən qəzaya uğramış təyyarəyə iki dəqiqə gecikdiyini bildirib.
Digər ölkələr
11 Mart , 2019 06:35
Efiopiyada sərnişin təyyarəyə iki dəqiqə gecikməsi səbəbindən ölümdən xilas olub - VİDEO

Bakı. 11 mart. REPORT.AZ/ Yunanıstan vətəndaşı Antonios Mavropulos Əddis-Əbebedən Nayrobiyə uçarkən qəzaya uğramış təyyarəyə iki dəqiqə gecikdiyini bildirib.

"Report" xəbər verir ki, bu barədə "İzvestiya.ru" "Greek Reporter"a istinadən bildirib.

Sərnişin bildirib ki, o, yükünü verməyib, buna görə də ekipaj onu gözləməyib.

"Mən insanların təyyarəyə necə mindiklərini gördüm. Məni təyyarəyə buraxmadıqlarına görə çox hirslənmişdim", - deyə Mavropulos bildirib.

O, qeyd edib ki, gecikmə həyatında ən uğurlu hadisə olub, ancaq qəzadan sonra bu, polisdə şübhə boğurub.

"Təyyarəyə əyləşməyən yegnə şəxs idim, amma qəza ilə mənim aramda heç bir məntiqi əlaqə yox idi, çünki yük mənimlə idi. Buna görə polis məni uzun müddət sorğu-sual etmədi", - deyə o əlavə edib.

Qeyd edək ki, Efiopiyada "Ethiopian Airlines" aviaşirkətinə məxsus "Boeing 737" tipli sərnişin təyyarəsi qəzaya uğrayıb. Hadisə zamanı təyyarənin göyərtəsində 149 sərnişin və 8 heyət üzvü də daxil olmaqla, 157 nəfər olub. Sərnişinlər arasında BMT-nin 19 əməkdaşı, habelə 35 müxtəlif ölkənin vətəndaşları olub. Qəza zamanı sərnişin və heyət üzvlərindən heç kim sağ qalmayıb. Qəzanın səbəbləri hələ məlum deyil.

Son xəbərlər

Orphus sistemi