​Yəməndə xəstəxanaya endirilən aviazərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

​Yəməndə xəstəxanaya endirilən aviazərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb Ötən gecə bombardımandan sonra xəstəxanaya yerləşdirilən 5 nəfərdən 3-ü ölüb
Digər ölkələr
16 Avqust , 2016 21:56
​Yəməndə xəstəxanaya endirilən aviazərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Bakı. 16 avqust. REPORT.AZ/ Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələrinin avqustun 15-də Yəmənin Hacə əyalətindəki xəstəxanaya endirdiyi aviazərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə "Sərhədsiz həkimlər" humanitar təşkilatı (Medecins Sans Frontieres, MSF) məlumat yayıb.

"Ötən gecə Yəmənin şimal-qərbində MSF-in dəstəyi ilə işləyən xəstəxananın zərər çəkdiyi aviazərbədən sonra müəssisəyə yerləşdirilən 5 xəstədən 3-ü dünyasını dəyişib və Hacədə ölənlərin sayı 11 nəfərdən 14-ə yüksəlib", - deyə təşkilatın rəsmi nümayəndəsi Lukas Nef bildirib.

O qeyd edib ki, yaralardan ölənlər arasında MSF-in iki əməkdaşı var.

İnsident nəticəsində 24 nəfər yaralanıb ki, onlar da müalicələrini müxtəlif xəstəxanalarda davam etdirirlər.

Son xəbərlər

Orphus sistemi