Yuxarı
    Bağlamaq

    Yəməndə partlayış nəticəsində ölənlərin sayı 50 nəfərə çatıb - YENİLƏNİB

    Hadisə Ədən şəhərində Yəmən ordusuna könüllülərin qəbulu məntəqisinin yaxınlığında baş verib

    Bakı. 29 avqust. REPORT.AZ/ Yəmənin Ədən şəhərində törədilmiş partlayış nəticəsində ölənlərin sayı 50 nəfərə çatıb.

    Bu barədə "Report" AFP-yə istinadən xəbər verir.

    Təhlükəsizlik xidmətinin əməkdaşı hücumu törədənlərin partlayıcı qurğu yerləşdirilmiş avtomobili Yəmən ordusu üçün yeni əsgərlərin cəlb edildiyi düşərgəyə istiqamətləndirdiyini təsdiqləyib. Onun sözlərinə görə, ölənlərin sayı arta bilər.

    *** 10:47

    Bu gün səhər saatlarında Yəmənin cənubunda yerləşən Ədən şəhərində partlayış olub.

    "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə nəticəsində 11 nəfər həlak oub.

    Hadisə Yəmən ordusuna könüllülərin qəbulu məntəqəsinin yaxınlığında baş verib. Mənbənin məlumatına görə, terrorçu-kamikadze ölkənin silahlı qüvvələrinin sıralarına qoşulmaq istəyən şəxslərin yaxınlığında avtomobili partladıb. Mənbə hadisə qurbanlarının sayının arta biləcəyini də vurğulayıb.

    Hələlik partlayışa görə, məsuliyyəti bölgədə fəaliyyət göstərən qruplaşmalardan heç biri üzərinə götürməyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi