Yəməndə gəmi atəşə tutulub, 30-dan çox Somali vətəndaşı ölüb

Yəməndə gəmi atəşə tutulub, 30-dan çox Somali vətəndaşı ölüb Ölənlər arasında qadınlar və uşaqlar da var
Digər ölkələr
17 Mart , 2017 17:09
Yəməndə gəmi atəşə tutulub, 30-dan çox Somali vətəndaşı ölüb

Bakı. 17 mart. REPORT.AZ/ Yəmən sahillərində qaçqınların olduğu gəminin helikopterdən atəşə tutulması nəticəsində azı 31 nəfər ölüb.

"Report" BBC-yə istinadən xəbər verir ki, bu barədə məlumatı BMT-dən də təsdiq ediblər.

Məlumata görə, ölənlər arasında qadınlar və uşaqlar da var. Gəmi Bab-əl-Məndəb boğazında olarkən "AH-64 Apache" hərbi helikopterindəki naməlum şəxslər su nəqliyyat vasitəsinə havadan zərbə endiriblər.

Beynəlxalq təşkilatdan bildiriblər ki, Yəməndən Sudana üzən gəminin sərnişinlərində BMT-nin Qaçqınların işi üzrə Ali Komissarlığının verdiyi sənədlər olub.

"Reuters"in ekipaj üzvlərindən birinə istinadən verdiyi məlumata görə, təxminən 80 miqrant xilas edilib.

Gəmiyə hücum edənlərin kimliyi və hücumun motivləri barədə məlumat verilmir.

Son xəbərlər

Orphus sistemi