​Yəməndə "əl-Qaidə" terrorçu qruplaşmasının nüfuzlu lideri öldürülüb

​Yəməndə "əl-Qaidə" terrorçu qruplaşmasının nüfuzlu lideri öldürülüb ABŞ hakimiyyəti hesab edir ki, o, yalnız ideoloji deyil, terrorçuluq fəaliyyətilə də məşğul olub
Digər ölkələr
15 Aprel , 2015 12:36
​Yəməndə əl-Qaidə terrorçu qruplaşmasının nüfuzlu lideri öldürülüb

Bakı. 15 aprel. REPORT.AZ/ Yəməndə "əl-Qaidə Ərəb yarımadasında" terrorçu qruplaşmasının nüfuzlu lideri İbrahim əl-Rubayş öldürülüb. "Report" xəbər verir ki, bu haqda "news.ru" saytı məlumat yayıb.

Xəbərə görə, o, ABŞ-a məxsus pilotsuz uçan qurğuların Yəmən sahillərini bombalaması nəticəsində öldürülüb. 

Məlumatda bildirilib ki, əslən Səudiyyə Ərəbistanından olan 35 yaşlı İbrahim əl-Rubayş 2001-2006-cı illərdə ABŞ-ın Quantanamodakı terrorçulara aid həbsxanasında saxlanılıb. Həbsdən buraxıldıqdan sonra o, "əl-Qaidə"nin Yəməndəki bölməsinə qoşulub. İ.əl-Rubayşlə bağlı məlumat verən şəxsə 5 milyon dollar mükafat da vəd olunmuşdu. 

ABŞ hakimiyyəti hesab edir ki, o, yalnız ideoloji deyil, terrorçuluq fəaliyyətlə də məşğul olub. Məlumatda onun terror aksiyalarında iştirak etdiyi də vurğulanıb. 

Son xəbərlər

Orphus sistemi