Bakı. 3 oktyabr. REPORT.AZ/
Onun sözlərinə görə, fasiləsiz davam edən toqquşmalarda 6 ayda azı 505 uşaq ölüb, 702-si yaralanıb: "1-5 yaşında olan yarım milyondan çox uşaq aclıq təhlükəsi ilə üz-üzə qalıb. Təxminən 10 milyon uşağın isə yardıma ehtiyacı var".
Ölkədəki humanitar vəziyyətin hər keçən gün pisə doğru dəyişdiyini deyən UNİCEF rəsmisi əlavə edib ki, 20 milyondan çox insan təmiz içməli su tapmaqda çətinlik çəkir.
BMT-nin İnsan Haqları Üzrə Ali Komissarlığının yaydığı son statistikaya görə, ölkədə davam edən toqquşmalarda 2 355 vətəndaş həyatını itirib, 4 862 nəfər isə yaralanıb.