Bakı. 22 fevral. REPORT.AZ/ Yəmən Silahlı Qüvvələri Baş Qərargah rəsinin müavini, general-mayor Əhməd Sef əl-Yafii qiyamçı husilərlə döyüşdə ölüb.
“Report” “Aksam”a istinadən xəbər verir ki, general-mayor ölkənin Taiz bölgəsinin Muha rayonunda husilərlə ordu birlikləri arasındakı atışmada həlak olub.
Məlumata görə, Yəmənin qərb, mərkəzi hissələri, cənub-qərbindəki şəhərlər dövlət başçısı Abdurabbu Mansur Hadiyə bağlı hökumət qüvvələrinin əlindədir.
Ölkənin qərbinə İranyönümlü husi qiyamçıları, şimaldan cənuba doğru uzanan əraziyə isə "əl-Qaidə" nəzarət edir.