Yəmən sahillərində ən azı 60 nəfərin batdığı ehtimal edilir

Yəmən sahillərində ən azı 60 nəfərin batdığı ehtimal edilir Beş gün əvvəl Sokotra adasından 40 km. aralıda sərnişin gəmisi yoxa çıxıb
Digər ölkələr
7 Dekabr , 2016 08:49
Yəmən sahillərində ən azı 60 nəfərin batdığı ehtimal edilir

Bakı. 7 dekabr. REPORT.AZ/ Ərəb dənizinin Yəmən sahillərində ən azı 60 yerli sakinin batdığı ehtimal edilir.

"Report" xəbər verir ki, bu barədə hökumətə istinadən "Associated Press" məlumat yayıb.

Hökumətin bəyanatında bildirilir ki, 5 gün əvvəl Sokotra adasından 40 km. aralıda Hadramaut əyalətindən yola çıxan gəmi gözdən itib. Gəmi sərnişinləri arasında qadınlar və uşaqlar da var.

Əyalətin qubernatoru Əhməd ibn Breakın sözlərinə görə, iki nəfər xilas edilib, digər sərnişinlərin axtarışı davam etdirilir.

Hökumət kömək üçün Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyaya müraciət edib.

Son xəbərlər

Orphus sistemi