Yəmənin İsrailə müharibə elan etməsi ilə bağlı ziddiyyətli məlumatlar yayılıb - YENİLƏNİB

Yəmənin İsrailə müharibə elan etməsi ilə bağlı ziddiyyətli məlumatlar yayılıb - YENİLƏNİB Yəmən rəsmi olaraq İsrailə müharibə elan edib.
Digər ölkələr
31 Oktyabr , 2023 18:13
Yəmənin İsrailə müharibə elan etməsi ilə bağlı ziddiyyətli məlumatlar yayılıb - YENİLƏNİB

Yəmənin İsrailə müharibə elan etməsi ilə bağlı ziddiyyətli məlumatlar yayılıb və rəsmi təsdiqini tapmır.

“Report” xəbər verir ki, buna səbəb ölkənin bir hissəsinə İranyönlü husi qiyamçılarının, digər hissəsinə isə hökumət qüvvələrinin nəzarət etməsidir.

Husilərin nümayəndələrinin açıqlamları da bir-birinə uyğun gəlmir.

“Al Mayadeen”in məlumatına görə, özlərini Yəmən Ordusu kimi təqdim edən qiyamçıların briqada generalı bin Amir bildirib ki, onlar yaxın saatlarda İsrailin obyetklərinə yeni zərbələr endirməyə hazırdırlar: “Biz və müqavimət oxu fəaliyyətini əlaqələndirir”.

Husilərin digər təmsilçisi Yəhya Sariye Anu isə bir qədər əvvəl İsrailə rəsmən müharibə elan etdiklərini açıqlamışdı.

17:24

Yəmən rəsmi olaraq İsrailə müharibə elan edib.

“Report” “Nexta”ya istinadən xəbər verir ki, bu barədə Yəmən Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi briqada generalı Yəhya Sariye Anu məlumat verib.

Son xəbərlər

Orphus sistemi