Yaraqlılar Hələbi intensiv atəşə tutub: 15 nəfər ölüb, 150 nəfər yaralanıb

Yaraqlılar Hələbi intensiv atəşə tutub: 15 nəfər ölüb, 150 nəfər yaralanıb Təkcə ötən sutka ərzində şəhərə 100-dən çox bomba atılıb
Digər ölkələr
29 Oktyabr , 2016 09:48
Yaraqlılar Hələbi intensiv atəşə tutub: 15 nəfər ölüb, 150 nəfər yaralanıb

Bakı. 29 oktyabr. REPORT.AZ/ Suriyanın Hələb şəhərinin yaşayış məntəqələri yaraqlıların intensiv atəşinə məruz qalıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, intensiv atışma nəticəsində 15 dinc sakin ölüb, 150-dən çox adam yaralanıb.

Hərbçilərin məlumatına görə, təkcə ötən sutka ərzində şəhərə 100-dən çox bomba atılıb.

Yaraqlılar partlayıcı qurğu yerləşdirilmiş qaz balonları, əldəqayırma mina və idarəolunmaz raketlərdən istifadə edib. Onlar əsasən məktəb, xəstəxana və ictimai obyektləri hədəfə alır.

Son xəbərlər

Orphus sistemi