Yaponiyanın XİN başçısı hökumət dəyişikliyindən sonra vəzifəsində qalacaq

Yaponiyanın XİN başçısı hökumət dəyişikliyindən sonra vəzifəsində qalacaq Yaponiyanın Baş naziri Fumio Kişida hökumət dəyişikliyi zamanı Esimasu Xayasini xarici işlər naziri vəzifəsində saxlamaq niyyətindədir.
Digər ölkələr
8 Avqust , 2022 08:56
Yaponiyanın XİN başçısı hökumət dəyişikliyindən sonra vəzifəsində qalacaq

Yaponiyanın Baş naziri Fumio Kişida hökumət dəyişikliyi zamanı Esimasu Xayasini xarici işlər naziri vəzifəsində saxlamaq niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə “Kyodo” agentliyi hökumətdəki mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, belə bir qərar ilk növbədə dünyada qeyri-sabit vəziyyət və bu şəraitdə xarici siyasət aparatını qorumaq istəyi ilə bağlıdır. Məlumata görə, maliyyə naziri Syuniti Sudzuki də dəyişikliklərdən sonra vəzifəsində qalacaq.

İqtisadiyyat, ticarət və sənaye naziri Koişi Haqiuda ya postunu saxlayacaq, ya da hakim Liberal Demokrat Partiyasının (LDP) siyasi şurasına rəhbərlik edəcək.

“Nikkei” qəzeti isə yazıb ki, öldürülən keçmiş Baş nazir Şindzo Abenin qardaşı Nobuo Kişinin yerinə yeni müdafiə nazirinin təyin olunacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi