Yaponiyadakı ABŞ hərbi dəniz bazasında koronavirusa yoluxma artır

Yaponiyadakı ABŞ hərbi dəniz bazasında koronavirusa yoluxma artır Yaponiyanın cənubundakı Okinava prefekturasında yerləşən ABŞ-a məxsus Kamp Hansen hərbi dəniz bazasında 186 nəfərin koronavirusa yoluxduğu üzə çıxıb.
Digər ölkələr
20 Dekabr , 2021 14:34
Yaponiyadakı ABŞ hərbi dəniz bazasında koronavirusa yoluxma artır

Yaponiyanın cənubundakı Okinava prefekturasında yerləşən ABŞ-a məxsus Kamp Hansen hərbi dəniz bazasında 186 nəfərin koronavirusa yoluxduğu üzə çıxıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno jurnalistlərə deyib.

Hazırda bazada mülki işçi olaraq çalışan yapon-amerikalı cütlüyünün koronavirusun “Omikron” ştamına yoluxduğu və daha 60-dək insanla təmasda olduqları təsdiqlənib. Bütövlükdə, Yaponiyada 65 nəfərin “Omikron” ştamına yoluxduğu bildirilir.

Məsələ ilə bağlı Okinava qubernatoru Denni Tamaki baza rəhbərliyindən hərbçilərə kənara çıxmağı qadağan etmələrini istəyib. İndi Yaponiyadakı 54 min ABŞ hərbçisinin yarısına yaxını Okinava adasındakı Kamp Hansen bazasında yerləşir.

Son xəbərlər

Orphus sistemi