Yaponiyada anime studiyasında yanğın nəticəsində ölənlərin sayı 33 nəfərə çatıb - VİDEO - YENİLƏNİB-4

Yaponiyada anime studiyasında yanğın nəticəsində ölənlərin sayı 33 nəfərə çatıb - VİDEO - YENİLƏNİB-4 Yaponiyanın Kioto şəhərində yanğının baş verdiyi anime studiyasında ölənlərin sayı 33 nəfərə çatıb, xəsarət alanların axtarışı başa çatıb.
Digər ölkələr
213
18 İyul , 2019 17:23
Yaponiyada anime studiyasında yanğın nəticəsində ölənlərin sayı 33 nəfərə çatıb - VİDEO - YENİLƏNİB-4

Yaponiyanın Kioto şəhərində yanğının baş verdiyi anime studiyasında ölənlərin sayı 33 nəfərə çatıb, xəsarət alanların axtarışı başa çatıb.

"Report" xəbər verir ki, bu barədə NHK telekanalı şəhər yanğınsöndürmə xidmətinin nümayəndələrinə istinadən məlumat verib.

Azı 36 nəfər isə yaralanıb. Onlardan 10 nəfərinin vəziyyəti ağırdır. 


***12:51

Yaponiyanın Kioto şəhərində yanğının baş verdiyi anime istehsalı üzrə studiyada xilasedicilər daha 10 nəfərin yanmış meyitini aşkar ediblər.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Daha əvvəl 13 nəfərin öldüyü təsdiqlənmişdi.

Daha 35 nəfər isə xəstəxanalardadır.


***10:02

Yaponiyanın qərbindəki Kioto şəhərində yerləşən anime istehsalı üzrə studiyada baş verən yanğından sonra xilasedicilər 10 meyit tapıblar.

Bu barədə "Report" "Kyodo"ya istinadən xəbər verir.

Yanğının qəsdən törədildiyi ehtimal olunur.

Hadisə yerinə gələn polis studiyada benzin və ya kerosin tökməklə alovun gücünü artırmağa çalışan 41 yaşlı kişini saxlayıb. Saxlanılan şəxsin özü də xəsarət aldığından hazırda xəstəxanadadır.


***08:20

Yaponiyanın Kioto şəhərində animasiya studiyasında törədilən yanğın zamanı 1 nəfər həlak olub.

Bu barədə "Report" "Kiodo" agentliyinə istinadən xəbər verir.

Bildirilir ki, hadisə zamanı təxminən 40 nəfər xəsarət alıb. Onlardan bir neçəsi ağır vəziyyətdədir. Yanğın üçmərtəbəli binada törədilib. Binada "Kyoto Animation" şirkətinin ofisi yerləşir.

İlkin məlumata görə, yanğını bir nəfər törədib. O, hadisə yerində saxlanılıb.


***07:25

Yaponiyada animasiya studiyasında yanğın törədilib.

Bu barədə "Report" "Kiodo" agentliyinə istinadən xəbər verir.

Bildirilir ki, hadisə Kioto şəhərində baş verib. Yanğın zamanı 38 nəfər xəsarət alıb. Onlardan 10-nun vəziyyəti ağırdır.

Qeyd edilir ki, alovlanma üçmərtəbəli binada baş verib. Binada "Kyoto Animation" şirkətinin ofisi yerləşir.

İlkin məlumata görə, yanğını bir nəfər törədib. O, hadisə yerində saxlanılıb. Şübhəli şəxsin hadisəni benzin və ya kerosinlə törətdiyi bildirilir.

Son xəbərlər

Orphus sistemi