​Yaponiyada turist avtobusu aşıb, ölənlər var

Digər ölkələr
  • 15 yanvar, 2016
  • 00:00
​Yaponiyada turist avtobusu aşıb, ölənlər var

Bakı. 15 yanvar. REPORT.AZ/ Yaponiyanın Naqano perfekturasında yerləşən dağ-xizək kurortuna gedən turist avtobusu sıldırımdan aşağı düşüb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanları məlumat veriblər.

Daxil olan məlumatlara görə, qəza nəticəsində 2 nəfər ölüb, daha 11 nəfər kritik vəziyyətdədir. Həmçinin 20 nəfərin müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirildiyi bildirilir.

Avtobusda ümumilikdə 39 nəfər olub. Hazırda polis hadisənin səbəblərini araşdırır.

44 filmi