Yaponiyada rekord istilər müşahidə olunur

Yaponiyada rekord istilər müşahidə olunur Bakı. 23 iyul. REPORT.AZ/ Yaponiyada rekord istilər müşahidə olunur.
Digər ölkələr
23 İyul , 2018 11:50
Yaponiyada rekord istilər müşahidə olunur
0 : 00
0 : 00

Bakı. 23 iyul. REPORT.AZ/ Yaponiyada rekord istilər müşahidə olunur.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, paytaxt Tokio yaxınlığında havanın temperaturu 41,1 dərəcəyə çatıb.

Ölkənin Meteorologiya İdarəsindən bu gün rekord temperatur göstəricisinin Saitama prefekturasındakı Kumaqaya şəhərində qeyd alındığını bildiriblər.

Dövlət qurumları anomal istilərlə əlaqədar vətəndaşlara xəbərdarlıq edib.

Qeyd edək ki, iki gün əvvəl Yaponiyada günvurmada azı 11 nəfər ölüb.

Xatırladaq ki, Yaponiyada bundan əvvəl ən yüksək temperatur 2013-cü il avqustun 12-də Koti prefektirasının Simanto bölgəsində qeydə alınıb. Həmin vaxt havanın temperaturu 41 dərəcə olub.

Son xəbərlər

Orphus sistemi