Yaponiyanın Tokio prefekturasının Tyofu şəhərində, “Keio” dəmiryol şirkətinin xəttinin qatarında sərnişinlərə bıçaqla hücum nəticəsində azı 17 nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə
Qeyd edilir ki, yaralılardan biri huşsuz vəziyyətdədir. Hücum qatar stansiyalar arasında olarkən baş verib.
Cinayətkar həmçinin vaqona yanar maye töküb. Nəticədə bir neçə oturacaq yanıb.
Qatar növbəti platformaya çatdıqdan sonra polis hücumçunu həbs edib. O, həbs zamanı heç bir müqavimət göstərməyib. Cinayətkar hadisəni törətməsini məhkəmədə ölüm hökmü almaq üçün azı iki nəfəri öldürmək istəyi ilə izah edib.
Hücumun baş verdiyi xətt üzrə hərəkət tamamilə dayandırılıb.
Bundan əvvəl hadisə zamanı 15 nəfərin öldüyü bildirilirdi.
Yaponiyanın paytaxtı Tokioda metropolitenin qatarlarından birində insident baş verib.
"Report" xəbər verir ki, bu barədə yerli
Belə ki, qatarda sərnişinlərdən biri bıçaqla 6 nəfəri yaralayıb.
Keio xəttindəki qatar hazırda metropolitendəki Çofu şəhərindəki Kokuryeo stansiyasında dayandırılıb.
"Kyodo" agentliyi Tokioda qatarda insident nəticəsində azı 15 nəfərin yaralandığını bildirib.
İlkin məlumata görə, kişi qatar vaqonlarından birində bıçağı yelləməyə başlayıb və bundan sonra yanar maye tökərək onu yandırıb. Vaqona xlorid turşusu səpildiyi barədə məlumatlar var.