Yaponiyada ilin sonunadək ərzağın qiyməti 14% artacaq

Yaponiyada ilin sonunadək ərzağın qiyməti 14% artacaq Yaponiyada 1 431 adda ərzaq məhsulunun qiymətində artım qeydə alınıb.
Digər ölkələr
1 Avqust , 2022 12:23
Yaponiyada ilin sonunadək ərzağın qiyməti 14% artacaq

Yaponiyada 1 431 adda ərzaq məhsulunun qiymətində artım qeydə alınıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu baxımdan rekordun oktyabr ayında qeydə alınacağı gözlənilir.

Analitiklər daha 6 min adda məhsulun bahalaşacağını proqnozlaşdırırlar.

Bu il ərzində qiymətlərin orta hesabla 14% artacağı gözlənilir.

Əgər yaya qədər qiymət artımına dünyada taxıl və yanacaq qiymətlərinin artması təsir edirdisə, daha sonra yenin ucuzlaşması, həmçinin idxal qiymətlərinin artması vəziyyəti daha da gərginləşdirib.

Son xəbərlər

Orphus sistemi