Yaponiyada leysan yağışları 15 nəfərin ölümünə səbəb olub - YENİLƏNİB

Yaponiyada leysan yağışları 15 nəfərin ölümünə səbəb olub - YENİLƏNİB 200 mindən çox insan şənbə günü təxliyə üçün təlimat alıb
Digər ölkələr
4 İyul , 2020 15:32
Yaponiyada leysan yağışları 15 nəfərin ölümünə səbəb olub - YENİLƏNİB

Yaponiyanın cənub-qərbində yağan güclü leysan yağışları nəticəsində azı 15 nəfər ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiya ictimai televiziyası məlumat yayıb.

Son məlumatlara görə, Kumaqava çayının daşması nəticəsində Kumamura qəsəbəsində (Kumamoto prefekturası) qocalar evi su altında qalıb. Hadisə yerinə gələn xilasedicilər 14 nəfərin meyitini çıxarıb.

Daha əvvəl isə kiçik Akisita kəndində sürüşmə nəticəsində yaranmış uçqun altında qalan 1 nəfərin öldüyü xəbər verilmişdi.

Hazırda 9 nəfər itkin düşüb.


***10:54

Yaponiyada 200 mindən çox insan şənbə günü təxliyə üçün təlimat alıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Təlimatı ən yüksək təhlükə səviyyəsinin, başqa sözlə insanların həyatı üçün birbaşa təhlükənin olduğu Kumamoto və Kaqosima prefekturalarının sakinləri alıb.

Son məlumatlara görə, leysan yağışlarından sonra su altında qalan Akisita qəsəbəsində (Kumamoto prefekturası) azı 13 nəfərin itkin düşdüyü bildirilir.

“Kyushu Electric Power” energetika şirkətinin məlumatına görə, güclü yağışlar səbəbiylə Kumamoto prefekturasında təxminən 9 min ev işıqsız qalıb.

Baş nazir Sindzo Abenin ofisində daxil olan məlumatları toplayan və təhlil edən böhran qərargahı yaradılıb.

Yaponiya Milli Meteorologiya İdarəsi ölkənin cənub-qərbində yağışların görünməmiş həcmdə olduğunu qeyd edib. Kumamoto prefekturasının bəzi ərazilərində gün ərzində 479,5 mm yağıntı düşüb.

Yaponiya hökuməti əhalinin təxliyəsi və təbii fəlakətin nəticələrinin aradan qaldırılmasında yerli xilasetmə xidmətlərinə kömək etmək üçün ölkənin cənub-qərbinə 10 min hərbçi göndərib.

Son xəbərlər

Orphus sistemi