Yaponiyada zəlzələ nəticəsində xəsarət alanların sayı 40 nəfərə çatıb – YENİLƏNİB-3
- 23 avqust, 2026
- 08:53
Böyük Tokio ərazisində baş verən 5,9 maqnitudada zəlzələ nəticəsində xəsarət alanların sayı təxminən 40 nəfərə çatıb. Onlardan ikisinin vəziyyəti ağırdır.
"Report"un Yaponiya Yanğından Mühafizə Xidmətinə istinadən məlumatına görə, zəlzələ avqustun 23-ü gecə baş verib.
Zərərçəkənlərin əksəriyyəti evlərində qançırlar və xəsarətlər alıb.
Avqustun 23-ə keçən gecə Yaponiyanın paytaxtı Tokionun bir rayonunda baş verən 5,9 maqnituda gücündə zəlzələ nəticəsində 20-dən çox insan xəsarət alıb.
"Report"un yerli hakimiyyət orqanlarına istinadən verdiyi məlumata görə, zəlzələ infrastruktura ziyan vurub, nəqliyyatda fasilələrin yaranmasına səbəb olub. Tokio rayonlarından birində su borusu partlayıb və su yola tökülüb.
Bəzi binalarda liftlər avtomatik olaraq dayanıb.
Avqustun 23-ə keçən gecə Yaponiyanın paytaxtı Tokio ərazisində baş verən 5,9 maqnitudalı zəlzələ nəticəsində azı yeddi nəfər xəsarət alıb.
"Report"un Yaponiya Yanğınsöndürmə Xidmətinə istinadən məlumatına görə, zərərçəkənlərin əksəriyyəti qançırlar alıb.
Güclü təkanlar təxminən 20 saniyə davam edib. Mənzillərdə mebellər silkələnib, qab-qacaqlar yerə düşüb, Tokioda təcili xəbərdarlıq sistemləri işə salınıb.
Yaponiya Meteorologiya İdarəsinin məlumatına görə, zəlzələnin episentri Tokio yaxınlığında yerləşən İbaraki prefekturasında, ocağı 68 kilometr dərinlikdə yerləşib.
Zəlzələdən sonra sunami xəbərdarlığı edilib, lakin bir neçə dəqiqə sonra xəbərdarlıq ləğv olunub. Nüvə obyektlərində heç bir fövqəladə hal qeydə alınmayıb.
Bölgədə qatar xidməti müvəqqəti dayandırılıb, lakin xidmət hazırda bərpa olunub və qrafikə uyğun olaraq fəaliyyət göstərir.
Yaponiyanın mərkəzində 5,9 maqnitudada zəlzələ baş verib.
"Report"un xəbərinə görə, bu barədə Yaponiya Meteorologiya Agentliyinin məlumatında bildirilir.
Zəlzələnin episentrinin Honsü adasının İbaraki prefekturasında, ocağının 70 kilometr dərinlikdə yerləşdiyi bildirilir.
Yerli medianın məlumatına görə, qısamüddətli təkanlar Tokioda hiss olunub. Sunami xəbərdarlığı verilib, lakin tezliklə ləğv edilib.
Tələfat və ya dağıntı barədə məlumat verilmir.