Yaponiyada AES-də qəza halı ilə bağlı təlimlər keçirilib

Yaponiyada AES-də qəza halı ilə bağlı təlimlər keçirilib Yaponiyada güclü zəlzələ nəticəsində atom elektrik stansiyasında (AES) baş vermiş qəza halı ilə bağlı təlimlər keçirilib.
Digər ölkələr
5 Noyabr , 2022 20:08
Yaponiyada AES-də qəza halı ilə bağlı təlimlər keçirilib

Yaponiyada güclü zəlzələ nəticəsində atom elektrik stansiyasında (AES) baş vermiş qəza halı ilə bağlı təlimlər keçirilib.

“Report” TASS-a istinadən xəbər verir ki, hökumətin verdiyi məlumata görə, təlimlərdə Baş nazir Fumio Kisida, eləcə də Nazirlər Kabinetinin bir sıra üzvləri iştirak ediblər.

Təlimlərin ssenarisinə görə, güclü təkanlar nəticəsində Fukui prefekturasındakı “Mihama” AES-də elektrik enerjisinin verilişində fasilələr yaranıb və bu, reaktorlardan birinin soyutma sisteminin dayanmasına səbəb olub. Bundan dərhal sonra hökumət başçısı yerli hakimiyyət orqanları ilə görüş keçirib, həmçinin təlim mətbuat konfransı təşkil edib və vəziyyət barədə məlumat verib. Fukui prefekturasının özündə də analoji təlimlər keçirilib, bu təlimlər zamanı hakimiyyət orqanlarının atmalı olduqları addımlar üzərində işlənilib.

Eyni zamanda, təlimin ssenarisində həmçinin “Mihama”dan təxminən 10 km məsafədə yerləşən “Tsuruqa” adlı başqa bir AES-dən 5 kilometr radiusda yolların sıradan çıxdığı hal da yer alıb. Səlahiyyətlilər yolların dağılması səbəbindən əlaqə qurulması mümkünsüzə çevrilmiş bir neçə yaşayış məntəqəsinin sakinlərinə dronlardan istifadə edilməklə həblər və yod çatdırılması üzərində işləyiblər.

Son xəbərlər

Orphus sistemi