Yaponiya XİN vətəndaşlarına Olimpiada-2018 zamanı terror təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Yaponiya XİN vətəndaşlarına Olimpiada-2018 zamanı terror təhlükəsi ilə bağlı xəbərdarlıq edib XİN-in məlumatına görə, Yaponiya ilə müqayisədə Cənubi Koreyada 2,5 dəfə çox qətl, 1,2 dəfə çox soyğun hadisəsi törədilir
Digər ölkələr
2 Fevral , 2018 11:22
Yaponiya XİN vətəndaşlarına Olimpiada-2018 zamanı terror təhlükəsi ilə bağlı xəbərdarlıq edib
РИА Новости

Bakı. 2 fevral. REPORT.AZ/ Yaponiyanın Xarici İşlər Nazirliyi vətəndaşlarına Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək Qış Olimpiya Oyunları zamanı mümkün təhlükələr mövzusunda xəbərdarlıq edib.

"Report" "Qazeta.Ru" saytına istinadən xəbər verir ki, XİN-nin yaydığı məlumatda böyük təbii fəlakətlər, iğtişaşlar və ya terror hücumları, eləcə də Şimali Koreya ilə bağlı Koreya yarımadasında vəziyyətin proqnozlaşdırılmayan şəkildə olması ilə əlaqədar vətəndaşlar fövqəladə hallar zamanı səfirliklə əlaqə qurmanın asanlaşması məqsədi ilə XİN-də xarici səfərlər sistemində qeydiyyatdan keçməyə çağırılır.

XİN-in məlumatına görə, Yaponiya ilə müqayisədə Cənubi Koreyada 2,5 dəfə çox qətl, 1,2 dəfə çox soyğun hadisəsi törədilir.

Son xəbərlər

Orphus sistemi