Yaponiya hökuməti Rusiyaya qarşı tədbirlər çərçivəsində 11 fiziki şəxs, 51 hüquqi şəxs və 3 Rusiya bankı, həmçinin dünyanın səkkiz ölkəsindən onlarla şirkət və 1 fiziki şəxsə qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib.
“Report” TASS-a istinadən xəbər verir ki, müvafiq qərarlar hökumət tərəfindən dərc edilib.
Bundan əlavə, Rusiyaya sənayedə istifadə olunan kapsaisin və 335 növ məhsulun, o cümlədən xüsusi texnika hissələri, kiçik həcmli motosikletlər və alətlərin ixracı qadağan edilib.
Xüsusilə tədbirlər “Alrosa”nın baş direktoru Pavel Marinıçev, “Rostex” dövlət korporasiyasının baş direktorunun birinci müavini Vladimir Artyakov, “PSV Texnologiyaları”nın rəhbəri Sergey Petrov və digər səkkiz nəfərin aktivlərinin aşkar edildiyi təqdirdə dondurulmasını nəzərdə tutur. Təşkilatlar arasında bu tədbirlər Rusiya Maşınqayırma Elmi-İstehsalat Birliyinə, Aleksin Kimya Kombinatına və digər elmi-istehsalat birliklərini və müəssisələrini əhatə edir. “TsMRBank”, “RFK Bank” və “Timer Bank” sanksiyalara məruz qalıb.
Rusiyanın daha 22 şirkət və təşkilatına ixrac məhdudiyyətləri tətbiq edilir. Eyni tədbirlər Çin (18), BƏƏ (1), Qazaxıstan (1), Qırğızıstan (2), Tailand (1) və Türkiyədən (8) olan 31 şirkətə də şamil edilir. Bundan əlavə, aktivlərin dondurulması KXDR-in bir vətəndaşına və Gürcüstanın MRB Bankına da aiddir.