Yaponiya raket buraxılışı ilə əlaqədar KXDR-ə etiraz edib

Yaponiya raket buraxılışı ilə əlaqədar KXDR-ə etiraz edib Yaponiya hökuməti çərşənbə günü raketlərin işə salınmasından sonra Koreya Xalq Demokratik Respublikasına (KXDR) etirazını ifadə edib.
Digər ölkələr
2 Oktyabr , 2019 06:43
Yaponiya raket buraxılışı ilə əlaqədar KXDR-ə etiraz edib

Yaponiya hökuməti çərşənbə günü raketlərin işə salınmasından sonra Koreya Xalq Demokratik Respublikasına (KXDR) etirazını ifadə edib. 

"Report" xəbər verir ki, bu barədə Yaponiyanın baş naziri Sindzo Abeyə istinadən "İnterfaks" bildirib.

"Ballistik raketlərin işə salınmaları BMT qətnamələrinin pozulmasıdır. Biz qətiyyətli etirazı bildirdik və onları ittiham edirik", — xəbərdə deyilir.

Qeyd edək ki, KXDR-in buraxdığı iki raketdən biri Yaponiyanın xüsusi iqtisadi zonasında düşüb.

Şimali Koreya yeni raketlərin sınaqlarını avqustun əvvəlindən keçirir. Avqustun 3-də Koreya Xalq Demokratik Respublikası yeni raket sistemini yoxladığını təsdiqləyib.

Qeyd edək ki, Koreya Xalq Demokratik Respublikası çərşənbə günü Yapon dənizinə tərəf raket buraxıb.

Son xəbərlər

Orphus sistemi