KİV: KXDR növbəti ballistik raket buraxıb

KİV: KXDR növbəti ballistik raket buraxıb Koreya Xalq Demokratik Respublikası (KXDR) çərşənbə günü Yapon dənizinə tərəf raket buraxıb.
Digər ölkələr
2 Oktyabr , 2019 02:57
KİV: KXDR növbəti ballistik raket buraxıb

Koreya Xalq Demokratik Respublikası (KXDR) çərşənbə günü Yapon dənizinə tərəf raket buraxıb.

Bu barədə "Report" NHK telekanalında istinadən xəbər verir.

Yaponiya Müdafiə Nazirliyindən verilən məlumatda bildirilir ki, hazırda Yaponiyaya birbaşa heç bir təhlükə yoxdur.

Koreya Respublikası Qərargahları Rəisləri Komitəsinə istinad edən "Yonhap" agentliyinin məlumatına görə, raket buraxılışı Vonsan limanı ərazisində həyata keçirilib.

Hazırda raket sınağı ilə bağlı ətraflı informasiya verilmir. KXDR son zamanlar tez-tez kiçik mənzilli ballistik raketlərin sınağını keçirir. 

Son xəbərlər

Orphus sistemi