Yaponiya hökuməti ölkəni Şimali Koreyanın raket hücumundan qorumaq üçün tədbirlər görür

Yaponiya hökuməti ölkəni Şimali Koreyanın raket hücumundan qorumaq üçün tədbirlər görür Yaponiya Silahlı Qüvvələri "Aegis" izləmə və müşahidə sistemi ilə təchiz olunan gəmiləri də dənizə buraxacaq
Digər ölkələr
12 Avqust , 2017 14:20
Yaponiya hökuməti ölkəni Şimali Koreyanın raket hücumundan qorumaq üçün tədbirlər görür

Bakı. 12 avqust. REPORT.AZ/ Yaponiya hökuməti ölkəni Şimali Koreyanın mümkün raket zərbələrindən qorumaq üçün "Patriot PAC 3" hava hücumundan müdafiə sistemləri quraşdırılmasına qərar verib. 

"Report" xarici KİV-lərə istinadən xəbər verir ki, hava hücumundan müdafiə sistemləri Simane, Xirosima, Exime və Koti prefekturalarda quraşdırılıb.

Eyni zamanda Yaponiya Silahlı Qüvvələri "Aegis" izləmə və müşahidə sistemi ilə təchiz olunan gəmiləri də dənizə buraxacaq.

Qeyd edək ki, bir müddət öncə KXDR rəsmiləri Sakit okeanında ABŞ-a məxsus Quam adasına raket zərbələri endirilməsi ilə hədələyiblər. Pxenyan rəsmiləri raketlərin Yaponiya üzərindən keçəcəyini söyləyiblər. 

Son xəbərlər

Orphus sistemi