Yaponiya hökuməti koronavirus ilə əlaqədar qanun layihəsi hazırladı

Yaponiya hökuməti koronavirus ilə əlaqədar qanun layihəsi hazırladı Yaponiya hökuməti iclas zamanı yeni növ koronavirus infeksiyasının yayılmasına görə ölkədə fövqəladə vəziyyət rejiminin tətbiqi haqqında qanun layihəsini təsdiqləyib.
Digər ölkələr
427
10 Mart , 2020 10:07
Yaponiya hökuməti koronavirus ilə əlaqədar qanun layihəsi hazırladı
ABC

Yaponiya hökuməti iclas zamanı yeni növ koronavirus infeksiyasının yayılmasına görə ölkədə fövqəladə vəziyyət rejiminin tətbiqi haqqında qanun layihəsini təsdiqləyib.

“Report” RT-yə istinadən xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Qeyd olunur ki, qanun layihəsinə əsasən, Yaponiyanın Baş naziri Sindzo Abe, ehtiyac yaranarsa, fövqəladə vəziyyət elan edəcək.

Daha əvvəl Çində yeni növ koronavirusa yoluxma hallarının sayının 80 754 nəfərə çatdığı, virusa yoluxanlardan 3 136 nəfərin öldüyü məlumat verilmişdi.

Son xəbərlər

Orphus sistemi