Çində koronavirus qurbanlarının sayı 3,1 min nəfəri ötdü

Çində koronavirus qurbanlarının sayı 3,1 min nəfəri ötdü Çində koronavirusa yoluxanların sayı 80 754 nəfərə çatıb.
Digər ölkələr
10 Mart , 2020 04:38
Çində koronavirus qurbanlarının sayı 3,1 min nəfəri ötdü
0 : 00
0 : 00

Çində koronavirusa yoluxanların sayı 80 754 nəfərə çatıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə üzrə Dövlət Komitəsi məlumat yayıb. 

Qeyd edilir ki, virusa yoluxanların 3 136 nəfəri vəfat edib. Koronavirus xəstələrinin demək olar ki, 60 min nəfəri sağalaraq xəstəxanalardan evə buraxılıb.

Komitə bildirib ki, hazırda xəstələrdən 4 794 nəfərinin vəziyyəti ağırdır. “Xəstəxanalardan 59 897 nəfər evə buraxılıb. Virusa yoluxmuş 3 136 nəfər vəfat edib”, - komitənin xəbərində qeyd edilir. 

Son sutka ərzində ölkədə koronavirusa 19 yeni yoluxma qeydə alınıb, xəstəxanalardan 1 297 nəfər buraxılıb. Ölkədə koronavirusa yoluxma şübhəsi ilə 36 hal aşkarlanıb.  

Qeyd edək ki, Çində koronavirus ilk dəfə ötən ilin sonunda aşkarlanıb.

Son xəbərlər

Orphus sistemi