Xorvatiyada prezident seçkiləri keçirilir

Xorvatiyada prezident seçkiləri keçirilir Hazırki prezident İvo Yosipoviç - namizədlər arasında liderdir
Digər ölkələr
28 Dekabr , 2014 09:11
Xorvatiyada prezident seçkiləri keçirilir
Bakı. 28 dekabr. REPORT.AZ/ Xorvatiyada prezident seçkiləri keçirilir.

"Report" xəbər verir ki, aparılan son sorğuların nəticələrinə əsasən ən çox səsi hazırki prezident İvo Yosipoviç toplaya bilər. Seçicilərin 46,5 faizinin Yosipoviçə səs verməsi gözlənilir.

Hazırki prezidentin əsas rəqibi isə sabiq xarici işlər naziri Kolinda Qrabar-Kitaroviçdir. Sorğulara əsasən, sabiq nazir seçicilərin 34,9 faizinin səsini qazana bilər.

Ekspertlər hesab edir ki, namizədlərdən heç biri səslərin 50 faizini toplaya bilməyəcək və yanvarın 11-də ikinci tur keçiriləcək.

Son xəbərlər

Orphus sistemi