Xorvatiya Rusiyanın pilotsuz təyyarəsinin qəzaya uğramasına görə NATO-nu tənqid edib
Digər ölkələr
- 13 mart, 2022
- 02:19
Xorvatiya rəsmiləri Rusiya istehsalı olan pilotsuz təyyarənin ölkədə düşməsinə görə NATO-nu tənqid edib.
"Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
NATO nümayəndəsi cihazın uçuş marşrutu haqqında bildiklərini söyləyib. Xorvatiyanın baş naziri Andrey Plenkoviç bildirib ki, bu barədə alyansdan heç kim ölkə hakimiyyətinə məlumat verməyib.
“Biz bu vəziyyətə dözə bilmərik. Bu, açıq təhdid idi. NATO və Avropa İttifaqı buna cavab verməlidir”, - baş nazir deyib.
Qeyd edək ki, təyyarə paytaxt Zaqrebdə tələbə yataqxanasının yaxınlığındakı sahəyə çırpılıb. Yerə düşənə qədər isə Rumıniya və Macarıstan ərazilərini keçib. Hadisə nəticəsində yaxınlıqda dayanmış 40 avtomobil zədələnib. Ölən və yaralanan yoxdur.
Son xəbərlər
12:14
Murad Dadaşov: Anar Məmmədxanovun həyatı və fəaliyyəti insanlara daim örnək olub
Mədəniyyət12:14
Hesablama Palatasının sədri: "Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib"
Maliyyə12:10
Yekaterina Matviyenko Azərbaycanın bədii üzgüçülük komandasına məşqçi təyin olunub
Fərdi12:08
Foto
Reklam Agentliyi dövlət dilinin qorunması ilə bağlı maarifləndirmə kampaniyasına başlayıb
Daxili siyasət12:05
Vüqar Gülməmmədov: "Səmərəlilik auditlərinin təkmilləşdirilməsinə ehtiyac var"
Maliyyə12:00
İran ABŞ ilə hərbi münaqişəni davam etdirməyə hazırdır
Digər ölkələr12:00
Vüqar Gülməmmədov: "Strateji Planın hədəflərinin əksəriyyətinə nail olunub"
Maliyyə11:53
Ombudsman uşaqlara energetik içkilərin satışına görə cərimələrin artırılmasını təklif edib
Daxili siyasət11:45