XİN: Rusiya Macarıstan və Slovakiyanı dost olmayan ölkələr siyahısından çıxarmağı planlaşdırmır

XİN: Rusiya Macarıstan və Slovakiyanı dost olmayan ölkələr siyahısından çıxarmağı planlaşdırmır Macarıstan və Slovakiyanı dost olmayan ölkələr siyahısından çıxarmaq üçün kifayət qədər əsaslar yoxdur.
Digər ölkələr
18 Dekabr , 2024 05:16
XİN: Rusiya Macarıstan və Slovakiyanı dost olmayan ölkələr siyahısından çıxarmağı planlaşdırmır

Macarıstan və Slovakiyanı dost olmayan ölkələr siyahısından çıxarmaq üçün kifayət qədər əsaslar yoxdur.

“Report”un məlumatına görə, bu barədə “İzvestiya”ya Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, bu ölkələrin Rusiya ilə ticarət-iqtisadi əlaqələrin strateji əhəmiyyətli sahələrində bir sıra faydalı inkişafları saxlamaq istəyinə, habelə ikitərəfli siyasi dialoqun davam etdirilməsinə diqqət yetirmələrinə baxmayaraq, Budapeşt və Bratislava Avropa İttifaqı və NATO-ya üzv olduqlarına görə blok nizam-intizamına, o cümlədən Rusiya qarşı tətbiq edilən məhdudiyyətlərə riayət etmək məcburiyyətindədirlər:

“Bu baxımdan, onların hazırkı vəziyyətinə yenidən baxılması üçün kifayət qədər əsaslar yoxdur”.

2022-ci ildə Moskva Rusiyaya, onun şirkətlərinə və vətəndaşlarına qarşı qeyri-dost hərəkətlər edən xarici dövlətlərin və ərazilərin siyahısını təsdiqləyib. Macarıstan və Slovakiya da daxil olmaqla 46 ölkə və ərazi Rusiyanın “qara siyahı”sındadır.

Son xəbərlər

Orphus sistemi