XİN başçısı: "Rusiya oliqarxlarına qarşı sanksiyaları heç vaxt ləğv etməyəcəyik"

XİN başçısı: "Rusiya oliqarxlarına qarşı sanksiyaları heç vaxt ləğv etməyəcəyik" “Rusiya oliqarxlarına qarşı tətbiq edilən sanksiyalar heç vaxt ləğv edilməyəcək”.
Digər ölkələr
19 Mart , 2022 09:39
XİN başçısı: Rusiya oliqarxlarına qarşı sanksiyaları heç vaxt ləğv etməyəcəyik

“Rusiya oliqarxlarına qarşı tətbiq edilən sanksiyalar heç vaxt ləğv edilməyəcək”.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bunu “Times”ə müsahibəsində Böyük Britaniyanın xarici işlər naziri Liz Trass bildirib.

“Bu, fövqəladə mürəkkəb vəziyyətdir. Həmin oliqarxlar Rusiya Prezidenti Vladimir Putinə indi törətdiyi əməlləri etməyə imkan verdilər. Onların əllləri qana bulaşıb”, - o vurğulayıb.

Nazir Rusiyanın atdığı addımlara görə, krallığın keçmiş Baş naziri Toni Bleyri ittiham edib: “Toni Bleyr (Böyük Britanyanın 1997-2007-ci illərdə Baş naziri - “Report”) hər dəfə dönüş anında onun yanında oldu. Qərb Vladimir Putinin planlaşdırdıqlarını ciddi qəbul etmədi”.

Nazirin sözlərinə görə, rusiyalı iş adamı, “Çelsi” futbol klubunun sahibi Roman Abramoviç Böyük Britaniyaya qayıda bilməz.

L.Trass bildirib ki, Qərb “soyuq müharibə” zamanından Rusiyaya qarşı sıxışdırıcı tədbirlərin kifayət olmadığından nəticə çıxarmalıdır.

Son xəbərlər

Orphus sistemi