XİN: Rumıniya Rusiyanın təhlükəsizliyi üçün təhdiddir

XİN: Rumıniya Rusiyanın təhlükəsizliyi üçün təhdiddir "ABŞ-ın raketdən müdafiə sisteminin yerləşdirilməsi Rusiya-Rumıniya əməkdaşlığını son dərəcə çətinləşdirir"
Digər ölkələr
9 Fevral , 2017 13:31
XİN: Rumıniya Rusiyanın təhlükəsizliyi üçün təhdiddir

Bakı. 9 fevral. REPORT.AZ/ Rəsmi Moskva Rumıniyanının ərazisində ABŞ-ın raket əleyhinə müdafiə sisteminin elementlərinin yerləşdirilməsindən sonra bu ölkəni Rusiyanın təhlükəsizliyi üçün təhdid yaradan ölkə hesab edir.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin IV Avropa Departamentinin direktoru Aleksandr Botsan-Xarçenko bildirib.

O, bu barədə Rumıniya tərəfinə məlumat verildiyini vurğulayıb.

Onun sözlərinə görə, ABŞ-ın raketdən müdafiə sisteminin yerləşdirilməsi Rusiya-Rumıniya əməkdaşlığını son dərəcə çətinləşdirir.

A.Botsan-Xarçenko əlavə edib ki, Rusiya tərəfi buna baxmayaraq Rumıniya hökuməti ilə konstruktiv qarşılıqlı münasibətləri davam etdirməyə çalışacaq.

Son xəbərlər

Orphus sistemi